Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Bölgələr / Bölgələrdəki restoranlarda niyə menyu təqdim edilmir? – VİDEO

Bölgələrdəki restoranlarda niyə menyu təqdim edilmir? – VİDEO

Azərbaycanın bölgələrindəki restoranların əksəriyyətində menyu təqdim edilmir.

Müştəri əyləşir, restoranın xidmətlərindən istifadə edir, ancaq hansı yeməyin neçəyə olduğunu bilmir.

Səbəb isə müştərilərə menyuların təqdim olunmamasıdır. Məsələn, Kürdəmirdə yolkənarı restoranların bəzilərində bu hal yaşanır.

Menyu təqdim olunmadıqda müştəri gözləmədiyi hesabla qarşılaşır. Belə hallarda isə müştəri ilə restoran sahibi arasında problem yaranır.

Restoran administratoru isə masalarda menyuların olmamasını yay fəsli ilə əlaqələndiririb.

Adını demək istəməyən bir restoran idarəçisi isə menyuların verilməməsini yeməkxanada müştəri olmaması ilə əsaslandırıb.

Bütün hallarda kiçik və orta iaşə obyektlərində menyu təqdim olunması birbaşa qanunvericiliyin tələbidir.

Qeyd edək ki, belə hallarla rastlaşanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə hər bir istehlakçı öz hüquqlarını müdafiə edə bilər.

Həmçinin oxuyun

Çaylıya dəmir oğurluğuna gedənlər həbs edildi – FOTO

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar …