Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Bölgələr / Bölgələrdə un bahalaşdı – VİDEO

Bölgələrdə un bahalaşdı – VİDEO

Şirvanda dünəndən  etibarən 27 manata satılan 50 kiloqramlıq un 36 manat 80 qəpiyə, hətta bəzi yerlərdə 38 manata satılır.

Un satışı ilə məşğul olan iri ticarət mərkəzlərindən bildiriblər  ki, qiymət iri un istehsalçıları tərəfindən qaldırılıb.

Çörəyin qiymətində isə hələ ki, artım müşahidə olunmayıb.

Sabirabadda da unun qiyməti  dünən axşamdan artıb. Çörəyin qiyməti isə hələ ki, dəyişməyib.

Tovuzda da 30 manata satılan 50 kiloqramlıq un indi alıcılara 38-40 manata təklif olunur.

Satıcılar isə qiyməti artırmadıqlarını bildirirlər.

Sahibkarlar bahalaşmanı dünya bazarında ərzaq buğdasının qiymətinin artması ilə əlaqələndirirlər.

Həmçinin oxuyun

Vətən müharibəsi bu kənddən başlamışdı… – VİDEO

Bu günlərdə cəbhə xəttində işğalçı erməni silahlı dəstələrinin yaratdığı təxribat düşmənlə üz-üzə dayanan kəndlərimizdə son …