Ana səhifə / Bölgələr / Bölgələrdə qadağalar yumşaldıldı, insanlar küçələrə axışdı – Video

Bölgələrdə qadağalar yumşaldıldı, insanlar küçələrə axışdı – Video

Məhdudiyyətlər götürüləndən sonra insanlar kafelərə, parklara üz tutub, qohumlarını ziyarət etməyə başlayıblar.

Bölgələrdə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb.

Buna baxmayaraq, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Bu cür tələblərin sakinlər tərəfindən pozulmaması üçün Tovuz polisi də park və istirahət məkanlarında mütəmadi xidmət aparır.

Bu gündən restoran, kafe və çayxanalarda yerində xidmətə olan məhdudiyyətlər də götürülüb.

Səhər saatlarından başlayaraq Şəkidə restoran, kafe və çayxanalarda təmizlik işləri başa çatdırılıraq öz qapılarını müştərilərin üzünə açıblar. Rayon sakinləri dostları ilə kafelərdə görüşüblər.

İctimai iaşə obyektlərində tənəffüs yollarında xəstəliyə səbəb ola biləcək xidmətlərdə məhdudiyyətlər hələ də qalmaqdadır.

Bölgələrdə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi də ləğv olunub.

Bərdə sakinləri bildirirlər ki, vaxt qıtlığının aradan qaldırılması onların ürəyincə olub.

Xususi karantin rejiminin yumuşaldımasından sonra insanlar bir rayondan digər rayona da asanlıqla gedə bilirlər.

Göyçay rayonunda da əhali asanlıqla qohum-əqrabasını ziyarətə başladıqlarını bildirir. Ancaq gedərkən yalnız şəxsi avtomobillərdən istifadə edilir.

Qeyd edək ki, rayonlar arası ictimai nəqliyyatın hərəkəti hələ ki, qadağandır.

Həmçinin oxuyun

Ermənilər 22 günlük körpəni anasız qoydu — FOTO

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həyatını itirən Tükəzban Mirzəliyevadan geriyə Kəmalə adında 22 günlük körpəsi …