Cümə axşamı , Fevral 25 2021
Ana səhifə / Bölgələr / Bölgələrdə koronavirusla bağlı SON VƏZİYYƏT

Bölgələrdə koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın Bakıda qeydə alındığını göstərir.

Bununla belə əvvəlki göstəricələrlə müqayisədə Bakıda yoluxma 1 faiz azalıb. Bundan əvvəl ölkə üzrə ümumi yoluxmanın 56,2 faizi paytaxın payına düşürdüsə, hazırda bu rəqəm 56,1 faiz təşkil edir.

Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, ən az yoluxma 0,4 fazilə Naxçıvan Muxtar Respublikasındadır.

Həmçinin qeyd edilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.

Son məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vvəfat edib.

Həmçinin oxuyun

Ağsuda “örüş qalmaqalı” böyüyür – Kəndin torpağını satan vəzifəlilər kimlərdir?

Ağsu rayonunun Bico kəndində “örüş qalmaqalı” davam edir. Kənd sakinləri baş verənlər barədə Prezident İlham Əliyevə,  …