Ana səhifə / Bölgələr / Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”.

Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında qonaq olan “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev deyib.

Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir:

“Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırılır. Əhalinin sayı artdıqda isə tələbləri qarşılamaq lazım gəlir. Hazırda bölgələrdə olan avadanlıqların əksəriyyətində internet çəkilişi üçün müəyyən limitlər var.

Bu səbəbdən də hər kəsin internetlə təminatı mümkün olmur. Lakin 2024-cü ildə bütün ölkə fiber-optik internet xətləri ilə təmin olunacaq. Bu xətlərdə isə heç bir limit olmur və abunəçilərin əhatə dairəsini istənilən qədər genişləndirmək mümkün olur. Beləliklə də, həmin vaxtda istənilən şəxs internetə çıxış əldə edə biləcək”.

Daha ətraflı süjetdə:

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxs oğluna məktəbli qız alıb?

Lerikdə məktəbli qızın ərə verilməsi barədə iddialar yayılıb. İddialara görə, Lerikdə orta məktəbdə oxuyan 17 yaşı …