Şənbə , Dekabr 10 2022
Ana səhifə / Bölgələr / Biləsuvar bələdiyyələri ilə növbəti seminar keçirilib

Biləsuvar bələdiyyələri ilə növbəti seminar keçirilib

İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı,Biləsuvar rayonu üzrə bələdiyyə sədrlərinin və üzvlərinin, habelə Biləsuvar icra və probasiya şöbəsinin rəisi İlkin Əzizovun iştirakı ilə Biləsuvarrayonu Gənclər Mərkəzində bələdiyyələrin maarifləndirilməsi istiqamətində tədbir keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan Regional idarənin böyük məsləhətçisi Ruslan İsmayılov çıxış edərək bildirdi ki, bu gün tərəfimizdən bələdiyyə fəaliyyətinə daha yaxından köməklik göstərilməsi üçün seminar tədbiritəşkil edilmişdir. İlk öncə Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilməsi ilə bağlı məsələyə toxunulmuşdur. Sərəncamdan irəli gələrək bu məsələnin bələdiyyə iclaslarında müzakirəedilməsi və sakinlər arasında bununla bağlı tədbirlərin keçirməlisinin zəruriliyi bildirilmişdir. Həmçinin əvvəlki illərdə bələdiyyələr tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqlar, eləcə də vergilərin yığılmasının qeyri-qənaətbəxş olması, hesabatların vaxtlı-vaxtında verilməsi, bələdiyyə torpaqlarının qanunsuz istifadəsinə qarşı ciddi və əsaslı tədbirlərin görülməməsi bildirilmiş, eyni zamanda bələdiyyələrin qarşısına çıxan çətinliklər və anlaşılmazlıqlar barədə istənilən vaxt Regional idarəyə müraciət edə biləcəkləri bələdiyyə üzvlərinin nəzərinə çatdırılmışdır.

Daha sonra regional idarənin böyük məsləhətçisi Ruslan İsmayılov və aparıcı məsləhətçisi Rafiq Məhəddinov gündəlikdə duran seminar mövzuları(bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması,  korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri; bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti; bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası; bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri; maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi; dövlət əmlakının bələdiyyələrə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri; bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri; yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruruliyi) ilə bağlı mühazirələrlə çıxışalar etmişlər. Mövzuların bu gün üçün aktual olduğu və hər bir bələdiyyə üzvününhəmin mövzularla bağlı müəyyən fikirlərə sahib olacağı qeyd olunmuşdur. Seminar mövzuları bələdiyyə üzvüləri ilə müzakirələr formatında aparılmış və yaranmış suallar yerindəcə cavablandırılmışdır. 

Bundan sonra Biləsuvar icra və probasiya şöbəsinin rəisi bələdiyyələrin tərtib edəcəyi inzibati aktlarla bağlı qanunvericiliyin tələbi və icrası prosesi ilə bağlı çıxış etmiş,  natamam olan fikirlərə aydınlıq gətirilmişdir.

Sonda bələdiyyə işinin daha təkmil qurulması ilə bağlı bələdiyyə üzvlərinin təkliflərinin nəzərə alınacağı bildirilmişdir.

​​​​​​​İmişli Regional Ədliyyə İdarəsi

Həmçinin oxuyun

Lerikin dərdləri onun uca dağlardan da “Hündürdür”

Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları sırasında Lerikdəki “nümunələr” də …