Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Bölgələr / Beyləqan şəhidlərinə nə vaxt başdaşları qoyulacaq?

Beyləqan şəhidlərinə nə vaxt başdaşları qoyulacaq?

“Şəhidlərinin məzar daşları mart ayında qoyulacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Beyləqan rayonu Əhmədli kəndinin icra nümayəndəsi Rafiq Eyvazov sözü gedən kəndin şəhidlərinin məzar daşlarının hazır olmaması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, şəhidlərin başdaşları İmişli rayonunda hazırlanır:
“Kəndimizdən 3 şəhid var. 3 gün bundan əvvəl onların məzarlarının üstü betonlanıb. Başdaşları da sifariş verilib. Başdaşları İmişli rayonunda hazırlanır. Şəhidlərin başdaşlarının gecikməsinə səbəb sifarişin çox olmasıdır. Ustalar söz verib ki, “qara bayram”a kimi onların məzar daşları hazır olacaq. Mart ayında hər 3 şəhidin başdaşı qoyulacaq”.
Qeyd edək ki, Vətən müharibəsində Beyləqan rayonunun Əhmədli kəndinin 3 sakini şəhid olub. “Qafqazinfo”nun məlumatına görə, şəhidlər – Orxan Quliyev, Aqil Hüseynov və Fərid Vəliyev oktyabr ayında dəfn edilsə də, hələ məzar daşları qoyulmayıb.

Həmçinin oxuyun

Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar

İyunun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun …