Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Bölgələr / Beton arx dağıldı, iki kənd susuz qaldı – FOTOLAR

Beton arx dağıldı, iki kənd susuz qaldı – FOTOLAR

Göyçayda beton su arxının dağılması nəticəsində iki kənd susuz qalıb.

Rayonun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığından onun suyu hazırda Qazyan arxına tökülür.

Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali bu isti yay günlərində əkin sahələrini suvarmaq üçün çətinlik çəkirlər.

Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata əsasən, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq.

Qeyd edək ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.

Hazırda başqa kəndlər su ilə təmin olunur.(oxu.az)

image description
image description

Həmçinin oxuyun

Daha bir kəndə qaz verildi – VİDEO

15 iyun – Milli Qurtuluş Günü Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib. Tədbirdə SOCAR Prezidenti …