Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Bölgələr / Başçının himayə etdiyi şirkət təbiəti məhv edir – Sakinlər Prezidentdən kömək istədi – VİDEO

Başçının himayə etdiyi şirkət təbiəti məhv edir – Sakinlər Prezidentdən kömək istədi – VİDEO

Lənkəran rayonu, Təngivan kəndinin sakinləri icra başçısı Taleh Qaraşovdan şikayətçidir.

Onlar bu barədə sosial mediada paylaşım ediblər.
Sakinlər bildirir ki, kəndin ortasından keçən Lənkəran çayının yatağı icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.
Təngivan sakinlərinin yaydığı videogörüntüdə bildirilir ki, çay yatağı darmadağın edilib: “Çay yatağının ətrafında olan yaşıllıqlar da ekskvator bura daxil olandan sonra məhv ediləcək. Şaiq Həsənovla Kamal Hüseynov əlbir olaraq böyük bir ərazini dağıdıblar. Dəfələrlə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Hətta bu vəziyyəti videogörüntüyə alaraq nazirliyə də göndərmişik. Şaiq Həsənov 2 km ərazidə çayı qazaraq Lerik rayonunun Piran kəndinə qədər gedib çıxıb. Çay yatağının ətrafında olan pay torpaqları da artıq sıradan çıxır. Hazırda həm yaşıllıqları, həm də meşələri məhv edirlər. Dövlət qurumları hara baxır? Dəfələrlə dövlət qurumlarına müraciət etsək də, bildiriblər ki, bizim Şaiq Həsənova gücümüz çatmır”.

Sakinlərin sözlərinə görə, qanunları tapdalayan adıçəkilən “PROFCO” MMC məmurlar tərəfindən himayə olunur. Ona görə də sakinlərin yazdığı məktub ünvanına çatmır. Kənd sakinləri həmin videogörüntüdə məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər:

“Cənab Prezident, tək ümidimiz sizssiz. Bizi bu bəladan xilas edin. Xahiş edirik, bu məsələ ilə bağlı dərdimizə dərman olun. Aidiyyatıi qurumlara müraciət etsək də, bizi eşidən olmayıb. Tək ümidimiz sizssiz, bizə kömək edin”.

Bakupost.az məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu göndərib.

Həmçinin oxuyun

İrandakı zəlzələ Naxçıvanda hiss olundu

Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində …