Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Bölgələr / Bakının həsrət qaldığı qar- Talış dağları qoynundakı kəndlərin ağ örtüyü – FOTO

Bakının həsrət qaldığı qar- Talış dağları qoynundakı kəndlərin ağ örtüyü – FOTO

“Yeni Müsavat” Media Qrupunun reportyor qrupu Lerik rayonuna ezam olunub. Əməkdaşlarımız Vətən Müharibəsinin qəhrəmanlarını- şəhidlərimiz və qazilərimizlə bağlı reportajlar hazırlayacaq.

Əməkdaşlarımız son iki gündə Lerik rayonun bir neçə kəndində olublar, qazi və şəhidlərimizin ailəsinə baş çəkiblər.

Reportyorlarımızın yol boyu Talış silsilə dağlarının əhatəsində yerləşən və ağ qara bürünmüş Rəzgov, Lüləkəran, Xəlifəküçə, Çayrud kəndlərindən çəkdikləri fotoları təqdim edirik.

Qeyd edək ki, Çayrud və Rəzgov kəndləri dəniz səviyyəsindən 2 min metrdən artıq yüksəklikdə yerləşir. İqlim şəraiti qış aylarında bu kəndlərə gediş-gəlişi çətinləşdirir və hətta mümkünsüz edir.

Məlumat üçün bildirək ki, yaxın günlərdə Lerik rayonundan olan şəhid və qazilərimiz bağlı reportajlar təqdim edəcəyik.

Həmçinin oxuyun

Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı …