Ana səhifə / Bölgələr / Bakıdan Naxçıvana avtobus işləməyəcək? – AÇIQLAMA

Bakıdan Naxçıvana avtobus işləməyəcək? – AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasına yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

N.Allahyarova qeyd edib ki, buna səbəb Naxçıvana səfərin İran üzərindən gerçəkləşməsidir.

“Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, Azərbaycanda belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”.

Həmçinin oxuyun

Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar

İyunun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun …