Çərşənbə axşamı , İyul 7 2020
Ana səhifə / Bölgələr / Bəzi rayonlarda ciddi karantin rejimi tətbiq edilə bilər

Bəzi rayonlarda ciddi karantin rejimi tətbiq edilə bilər

Maskadan istifadə etməyənlərə qarşı ciddi inzibati cərimələr tətbiq olunacaq. Yaxın günlərdə Milli Məclisdə cərimələrin məbləği müəyyən ediləcək.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə maskaya təlabat artacaq.

“Ölkə ərazisində istehsal olunan və idxal olunan maskalar var. Təlabat yaranarsa, maskaların evdə hazırlanması ilə bağlı təlimatlar hazırlanıb”.

R.Bayramlı bildirib ki, yoluxma çox olan rayonlarda ciddi karantin rejimi tətbiq edilə bilər.

Həmçinin oxuyun

Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma qeydə alınmadı

Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür. Bu barədə …