Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Bölgələr / Bəy və gəlin vaksin vurdurmadıqları üçün toya buraxılmadı – FOTOLAR

Bəy və gəlin vaksin vurdurmadıqları üçün toya buraxılmadı – FOTOLAR

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.
Növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən “Eldayaq” şadlıq sarayında kecirilib.
Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.
Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri və rayon polis şöbəsi tərəfindən əhali arasında mütəmadi olaraq vaksinasiya ilə bağlı maarifləndirici tədbirlər və müxtəlif görüşlər keçirilir.

Report

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …