Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Bərdəlilərin kabusuna çevrilən kənd yolları – VİDEO

Bərdəlilərin kabusuna çevrilən kənd yolları – VİDEO

Bərdənin Məmmədli kəndi uzun müddətdir asfalt üzünə həsrət qalıb.

Sakinlər bildiriblər ki, aidiyyəti orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb:

“Kəndimizə təcili tibbi yardım, taksi gəlmir. Neçə dəfə bu kənddə ev yanıb. Yanğınsöndürənlər yanıb qurtarandan sonra gəlib çata biliblər”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qeyd edilən kənd yolu təmiri nəzərdə tutulan avtomobil yollarının siyahısına daxil edilib. Bununla bağlı yaxın gələcəkdə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.

Qeyd edək ki, sözügedən yol Yevlax-Ağcabədi magistral avtomobil yolunu da birləşdirir.

Daha ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …