Çərşənbə axşamı , Sentyabr 27 2022
Ana səhifə / Bölgələr / Bərdədə təcavüzə məruz qalan 14 yaşlı qızın ailəsi tələb edir

Bərdədə təcavüzə məruz qalan 14 yaşlı qızın ailəsi tələb edir

Bu günlərdə Kətəlparaq kəndində yaşanan dəhşətli hadisə sözün həqiqi mənasında şok effekti yaradıb. Günlərdir sosial şəbəkələrdə və media orqanlarında 15 yaşlı qızın təcavüzə uğraması ilə bağlı müxtəlif xəbərlər dolaşır.

Bizim ilk üz tutduğumuz ünvan bu ailənin evi oldu. Bu acını yaşayan ailənin fikirlərini öyrəndik. Azyaşlı olduğu üçün məktəbli bir qızın adını yazmır və görüntüsünü göstərmirik. Suallarımızı azyaşlı qızın babası Seyfi İbrahimov cavablandırdı.

Musavat.com bildirir ki, Seyfi kişi deyir ki, nəvəsi oğlundan qalan əmanətidir. Eldar adlı oğlu dünyasını dəyişəndən sonra onun üç qız övladını məhz Seyfi İbrahimov böyüdüb. Gəlinləri öz atası evində yaşasa da, nəvələri daima baba evinə gəlib, aylarla hətta illərlə qalıb.

Öyrəndik ki, bu çirkin əməldə günahlandırılan şəxslər Seyfi kişinin gəlininin qohumlarıdır. Tükürpədici hadisə də azyaşlı qız hazırlıqdan gələn zaman baş verib. Sözügedən çirkin əməl bilinəndən sonra qarşı tərəf, yəni cinayətdə təqsirli bilinən şəxslərin yaxınları bu ailəyə qarşı şiddət belə göstərməyə çalışıb. Seyfi İbrahimov özünün və həyat yoldaşının aldığı xəsarətləri göstərir. Ən böyük istəkləri iyrənc əməli törədənlərin qanun çərçivəsində cəzalandırılmasıdır.

Baş verənlər kənd sakinlərinin də qəzəbinə səbəb olub. Kətəlparaqda indi hər kəs bu olaya etinasız yanaşa bilmir.

Çox cəhd etsək də, 15 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən şəxslərin yaxınlarının fikirkərini öyrənə bilmədik. Daha doğrusu, danışmaq istəmədilər. Artıq fakt hüquq mühafizə orqanı əməkdaşlarının nəzarətinə götürülüb.

Hər halda, yaşananlar utancverici olduğu qədər də ağırdır. Sözsüz ki, hadisənin tam təfərrüatları aparılacaq istintaq tədbirlərindən sonra müəyyən olunacaq.

Həmçinin oxuyun

İcra başçısı təkər yüklədi – FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, …