Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Bölgələr / Bərdədə pendir sexində acınacaqlı görüntülər – FOTO

Bərdədə pendir sexində acınacaqlı görüntülər – FOTO

Bərdədə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sözügedən sex rayonun Mollalı kəndində yerləşir.

Qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.

Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.

Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Qarabağ müharibəsi iştirakçısı Bərdə terrorunun qurbanlarındandır – VİDEO

Oktyabrın 28-də erməni terroru nəticəsində həyatını itirənlərdən biri də, Bərdə rayon Nifçi kənd sakini Fazil …