Bazar , Noyabr 29 2020
Ana səhifə / Bölgələr / Bərdədə həlak olan Aysunun atası: “Getdim ki, uşaq yoxdur”

Bərdədə həlak olan Aysunun atası: “Getdim ki, uşaq yoxdur”

Oktyabrın 27-də Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri hədəfə alıb Bərdəni atəşə tutması zamanı həlak olan 8 yaşlı Aysunun atası danışıb.

Türkiyənin “Haber Global” telekanalının müxbiri Bərdədə Aysugilin evində olub.

Aysu İsgəndərovanın atası Rövşən baş verənləri göz yaşları içərisində anlatmağa çalışıb: “Nə deyəcəyimiyi bilmirəm. İşdə idim. Traktor sürürdüm. Səs eşitdim. Tüstü bizim evimiz tərəfdən qalxdı. Getdim ki, uşaq yoxdur. İkinci sinfə gedirdi. Uşağı görəndə qarın nahiyəsindən daxili orqanları çölə dağılmışdı… Onları yığıb uşağın meyitini apardım…”.

Qeyd edək ki, bazar ertəsi günorta Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonunun ərazisini “Smerç” raket qurğularından atəşə tutub. Nəticədə 4 dinc sakin həlak olub, Aysu da onların arasında. Uşaqlar və qadınlar da daxil olmaqla 14 nəfər isə yaralanıb.

Həmçinin oxuyun

Biləsuvarda şəhid gizir dəfn edilib – FOTOLAR

Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd …