Cümə , Fevral 3 2023
Ana səhifə / Bölgələr / Bələdiyyə sədrinin ailə üzvləri öldürülməyə cəhd edilib

Bələdiyyə sədrinin ailə üzvləri öldürülməyə cəhd edilib

Qubada bələdiyyə sədrinin ailə üzvləri öldürülməyə cəhd edilib.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cari il avqustun 26-da bir neçə Quba rayon sakininin öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılan istintaqla rayonun Qımılqazma kənd sakini Aydın Şahverdiyevin rayonun Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Vüqar Kərimovun ona istifadəsində olan torpaq sahəsini səndələşdirməyə köməklik etməyəcəyini yəqinləşdirərək ondan qisas almaq məqsədilə idarə etdiyi avtomobili Vüqar Kərimovun ailə üzvləri Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, kənd sakinlərinin müdaxiləsi nəticəsində öz cinayətkar əməllərini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Şahverdiyevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin oxuyun

Naxçıvanda həkimlər etiraz aksiyası keçiriblər – VİDEO

“İnsanlar gözləyir, belə bir problemləri yoxdur, iclas keçiriləcək”.  Bu sözləri Naxçıvanın səhiyyə naziri Niyazi Novruzov …