Çərşənbə , Mart 22 2023
Ana səhifə / Bölgələr / “Azəriqaz”ın Ucar xidmətinin 25 əməkdaşı işə çıxmaqdan imtina edib

“Azəriqaz”ın Ucar xidmətinin 25 əməkdaşı işə çıxmaqdan imtina edib

“Azəriqaz”ın Ağsu Regional Qaz İdarəsinin Ucar rayon qaz xidmət sahəsinin 25 nəfərlik kollektivi tətil elan edib.

Bununla bağlı onlar sosial şəbəkədə paylaşım ediblər.

Xidmətin əməkdaşı Məmmədov İlkin Vidadi oğlu bildirib ki, Ağsu Regional Qaz İdarəsində Baş mühəndis Zaur Məmmədov tərəfindən təhqirə məruz qalıb və işdən azad edilib.

Buna etiraz edən Ağsu Regional Qaz İdarəsinin əməkdaşları işə çıxmaqdan imtina ediblər.

Onlar “Azəriqaz”ın rəhbəri Ruslan Əliyevə müraciət edərək məsələnin araşdırılmasını tələb ediblər.

Azpost.info

Həmçinin oxuyun

Naxçıvanda yanacaq qıtlığı yarana bilər – Video

Naxçıvanda yanacaq qıtlığı yarana bilər. TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina …