Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Bölgələr / Azərbaycanın bu kəndində qaranlıq olan kimi evlər, tövlələr yanır… – VİDEO

Azərbaycanın bu kəndində qaranlıq olan kimi evlər, tövlələr yanır… – VİDEO

Ağsuda bir kənddə gecə saatlarında müxtəlif həyətlərdə ard-arda yanğınlar olur. Bu isə yanğınların kimsə tərəfindən qəsdən törədildiyi şübhəsini yaradır. Sakinlər 5 gündür davam edən bu hadisələrdən təşvişə düşüb. Bu səbəbdən polis əməkdaşları kənddə nəzarəti gücləndirib.

Qaranlıq olan kimi ot tayaları, tövlələr yanmağa başlayır.

Ağsu rayonu Keçdiməz kəndində bir neçə gündür qeyri- müəyyən yanğınlar olur. Sakinlərin iddiasına görə yangınların ard -arda  və  müxtəlif həyətlərdə olması qəsdən edilib. Gecə olan kimi yanğınlar başlayır. Daha çox ot tayaları və tövlələr yandırılır.

Kənd ərazisində baş verən yangınlarla bağlı aidiyyəti üzrə məlumatlar verilib. Yanğınsöndürənlər də kənddə bir neçə yanğını söndürüb, alovların yayılmasının qarşısını alıblar.

Keçdiməz kənd sakinləri 102 çagrı mərkəzinə zəng edəndən sonra  polis əməkdaşları həmin kənddə nəzarəti gücləndirib. Hətta kənd ərazisində bir nəfərin naməlum şəxslər tərəfindən döyülməsi də polisə bildirilib.

Yanğın hadisələrinin 5 gündür ki, davam etdiyi bildirilir. Sakinlər məsələnin tezliklə həll olunmasını istəyirlər.

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …