Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Bölgələr / Azərbaycanın bu ərazisində koronavirus yoxdur

Azərbaycanın bu ərazisində koronavirus yoxdur

“Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb”.


Bunu Modern.az-a açıqlamasında Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn İsgəndərov bildirib.

 
H.İsgəndərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:


“Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın hər yerində, Naxçıvanda, Şərurda, Ordubaddakı bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər”.

 
Nazirlik rəsmisi qeyd edib ki, karantin üçün Qarxun kəndində xəstəxana ayrılıb:


“Amma ümumilikdə yoluxma yoxdur. Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və s. kimi qurumların əməkdaşları çalışmır. Biz isə gücləndirilmiş iş rejimində çalışırıq”.

Həmçinin oxuyun

“Azərxalça”nın Naxçıvan filialı açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak …