Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Bölgələr / Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatdı… – Foto

Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatdı… – Foto

Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.

Şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.

Hazırda şimal bölgəsinə qar yağmaqda davam edir.

Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatdı... -  Foto
Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatdı... -  Foto

APA

Həmçinin oxuyun

Laçın şəhərinin görüntüləri – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntüsünü yayıb.