Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Bölgələr / AZƏRBAYCANDA ORTA MƏKTƏBİN STADİONU SATILDI – VİDEO

AZƏRBAYCANDA ORTA MƏKTƏBİN STADİONU SATILDI – VİDEO

Bu barədə A24.az-a Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir. Bildirilir ki, Qəriblər kəndində yerləşən tam orta məktəbin stadionu satışa çıxarılıb. 0.5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.

Hazırda satışa çıxarılan ərazi hasarlanıb və şagirdlərin stadiona daxil olmasına qadağa qoyulub. Kənd sakinləri stadionun satılmasından narahat olduğunu bildirib. Eyni zamanda, valideynlər orta məktəbdə tədris olunan “Bədən tərbiyəsi” fənninin qüvvədən düşdüyünü vurğulayır.

Qeyd olunur ki, stadion ərazisi kənd bələdiyyə sədri Müşfiq Ağayev tərəfindən satılıb.

 

 

Həmçinin oxuyun

Naxçıvan Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin …