Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Bölgələr / Azərbaycanda məmur qəza törətdi: həyat yoldaşı həlak oldu…

Azərbaycanda məmur qəza törətdi: həyat yoldaşı həlak oldu…

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır. Faktla bağlı araşdırma aparılır. Report

Həmçinin oxuyun

Bərdədə həlak olan Aysunun atası: “Getdim ki, uşaq yoxdur”

Oktyabrın 27-də Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri hədəfə alıb Bərdəni atəşə tutması zamanı …