Cümə , Avqust 14 2020
Ana səhifə / Bölgələr / Azərbaycanda kəndi sel basdı – VİDEO

Azərbaycanda kəndi sel basdı – VİDEO

Qobustan rayonunun Poladlı kəndində yağan güclü yağışdan sonra dağlardan gələn sel suları sakinlərə böyük ziyan vurub.
İyulun 11-də axşam saatlarında kəndə gələn güclü sel nəticəsində 20-dən çox fərdi yaşayış evini su basıb, ev quşları tələf olub, kəndin daxili yolları dağılaraq bərbad vəziyyətə düşüb, daxili küçələri qalın lil qatı örtüb.
Sel suları Pirsaat çayı üzərindəki kiçik körpünü dağıdıb, böyük körpünün bir dirəyini uçurub, kənd icra nümayəndəsinin müavininə məxsus “QAZ 3110” markalı minik avtomobili su altında qalıb. Təbii fəlakət zamanı kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.
Rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxış keçirib, vətəndaşların müraciətini dinləyiblər. Kənddə selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

Həmçinin oxuyun

Hadi Rəcəblinin qardaşı vəzifəsiz qaldı — Rəhbəri olduğu idarə ləğv olundu

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib. “MediaPost”un məlumatına …