Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Bölgələr / Azərbaycanda iş adamı ilə xanımına hücum edildi

Azərbaycanda iş adamı ilə xanımına hücum edildi

Mingəçevirdə gecə saatlarında mənzilə daxil olan şəxs və ya şəxslər 68 yaşlı kişiyə və 60 yaşlı qadına xəsarət yetiriblər.

Hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. Evə daxil olan şəxs və ya şəxslər şəhər sakinləri – Məhəmməd Allahverdiyev və Rəna Allahverdiyevaya dəmir alətlərlə xəsarət yetiriblər.

Müxtəlif dərəcəli xəsarət alan yaşlı kişi və qadın Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırırılır. Qeyd edək ki, xəsarət alan 68 yaşlı M.Allahverdiyev tanınmış iş adamıdır.  /Qafqazinfo

Həmçinin oxuyun

Vətən müharibəsinin 18 yaşlı şəhidi (VİDEO)

Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb …