Çərşənbə , May 25 2022
Ana səhifə / Bölgələr / Azərbaycanda bu kənd su altında qaldı – VİDEO

Azərbaycanda bu kənd su altında qaldı – VİDEO

Masallı rayonunun Təzə Alvadı kəndində Alvadı çayı daşıb, bütün kənd suyun altında qalıb.

Bu barədə Masallı RİH-nin ərazi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda kənd əhalisinin təhlükəli ərazidən təxliyəsi həyata keçirilir:

“Kənddən keçən Alvadı çayı daşıb, gecə saat 04:00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə əhalini təxliyə edirik. Doqquz ailə təxliyə olunub, xilasedicilər növbəti 3 ailənin ərazidən çıxarılması üçün işləyir.

Təzə Alvadı 10 min əhalisi olan böyük kənddir. Çay da kəndin içindən keçir və çayın hövzəsində nə qədər ev varsa, hamısına ziyan dəyib. Evlərin eləsi var ki, yarım metr, eləsi var bir metr suyun altında qalıb. İnsanları qayıqlarla evlərdən çıxarırlar”.

İcra nümayəndəsi bildirib ki, kəndə nə qədər ziyanın dəydiyi isə məlum deyil: “Hələ ki ziyanın həcmi barədə məlumatımız yoxdur. Komissiya olacaq, araşdırılıb kimə nə qədər ziyan dəydiyi müəyyənləşdiriləcək. Eşitdiyimizə görə, bir həyətdə bir heyvan balası ilə tələf olub. Amma hələ ora gedib çıxa bilməmişik. Çoxlu sayda toyuq-cücə tələf olub. Həyətyanı sahələr, əkinlər suyun altında qalıb”.

Həmçinin oxuyun

“Yardımlı meşələri yağmalanır”

“Mərkəzin direktoru sanki meşəni satışa çıxarıb. Ağackəsənlər gedir, otbiçənlər gəlir… Nadir ağaclar kəsilir, daşınır. Hektarlarla …