Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Bölgələr / Azərbaycanda bu bölgə yoluxmada birincidir – 53.4 faiz…

Azərbaycanda bu bölgə yoluxmada birincidir – 53.4 faiz…

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Koronavirusinfo.az saytı xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir.

Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlıq Şirvan, 1,2 faizi Yuxarı Qarabağ, 0,03 faizi Naxçıvan qərarlaşıb.

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.

Həmçinin oxuyun

Bakıdan Naxçıvana yeni avtomobil yolu…

İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb. Bunu …