Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Bölgələr / Azərbaycanda bir ailənin 3 üzvü koronavirusdan ölüb

Azərbaycanda bir ailənin 3 üzvü koronavirusdan ölüb

Bir müddət öncə koronavirusdan dünyasını dəyişən iki qardaşın bacısı da COVID-19 infeksiyasının qurbanı olub.

Bu barədə Azvision.az -a İsmayıllı rayonunun Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər əslən bu kənddən olsalar da, uzun müddət Bakıda yaşayıblar.Koronavirusdan vəfat edən şəxslər Mustafayev Azər Bəyoğlan oğlu (50 yaş), Mustafayev Aqşin Bəyoğlan oğlu (46 yaş) və onların bacısı Mustafayeva Yaqut Bəyoğlan qızıdır (49 yaş).

Hər iki qardaş bir neçə gün əvvəl vəfat ediblər. Y.Mustafayeva isə ötən gün koronavirusdan müalicə aldığı Ağdaş rayon xəstəxanasında dünyasını dəyişib. Onlarda yanaşı xəstəliklərin olduğu bildirilir.

Y.Şirəliyev, həmçinin qeyd edib ki, Quşencə kəndində koronavirusa yoluxan 9 nəfər sağalaraq evə buraxılıb. Hazırda kənddə virusa yoluxma yoxdur.

Həmçinin oxuyun

Qarabağ müharibəsi iştirakçısı Bərdə terrorunun qurbanlarındandır – VİDEO

Oktyabrın 28-də erməni terroru nəticəsində həyatını itirənlərdən biri də, Bərdə rayon Nifçi kənd sakini Fazil …