Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Bölgələr / Azərbaycanda 5 yaşlı uşaq sistem köçürüləndən sonra dünyasını dəyişib – VİDEO

Azərbaycanda 5 yaşlı uşaq sistem köçürüləndən sonra dünyasını dəyişib – VİDEO

Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib. Valideynləri belə iddia edir.

Şəki şəhəri Sarabski 6 ünvanında yaşayan Eyvazovlar ailəsinin 5 yaşlı üzvü qəfildən xəstələnib.

5 yaşlı qızı ötən gün Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərin iddiasına görə, azyaşlıya sistem qoşulandan sonra vəfat edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, azyaşlı 40.3 dərəcə temperaturla Təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstənin vəziyyəti nəzərə alınaraq ona təcili həkim təyin edilib, müayinə olunaraq yardım göstərilib. Buna baxmayaraq xəstənin vəziyyəti pisləşib, reanimatoloq dəvət olunub, reanimasion tədbirlərin icra olunub, ancaq uşaq kəskin tənəffüz çatışmazlığından vəfat edib.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırılmalar başlayıb.

Həmçinin oxuyun

Naxçıvanda bu məhsulun satışı qadağan imiş – Video

Naxçınavda son bir ay əvvələ kimi bazarda sadəcə Naxçıvan istehsalı olan elektrik lampasının satışına icazə …