Şənbə , Noyabr 28 2020
Ana səhifə / Bölgələr / Azərbaycanda 40-a yaxın kəhriz bərpa ediləcək

Azərbaycanda 40-a yaxın kəhriz bərpa ediləcək

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində regionlarda bərpası nəzərdə tutulan kəhrizlərdə texniki qiymətləndirmə işlərini davam etdirir.

Təşkilatdan verilən məlumata görə, hazırda Goranboy rayonun Kələk kəndi ərazisindəki kəhrizdə kəşfiyyat-qazma işləri aparılmaqdadır.

Adı çəkilən layihə çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.

Həmçinin oxuyun

Kəlbəcərin İstisuyunun yeni görüntüləri (VİDEO)

Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının görüntüləri paylaşılıb.Bu barədə video sosial şəbəkələrdə yayılıb.Qeyd edək ki, …