Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Bölgələr / Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu — VİDEO

Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu — VİDEO

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.

Daxili İşlər Nazirliyindən erilən məlumata görə, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

Həmçinin oxuyun

Şirvanda işıqfor korrupsiyası

Bu gün dünyada, Hüquq Mühafizə Orqanlarının adı gələndə hamının nəzər diqqətini alverdən kənar, kommersiyadan uzaq, …