Çərşənbə , İyul 6 2022
Ana səhifə / Bölgələr / Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi – Fotolar

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi – Fotolar

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması, eləcə də yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin müəyyən edilməsi  məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbir keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki,keçirilən tədbirlər zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb və bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. 

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.  

Həmçinin, digər yol hərəkəti qaydalarını pozan şəxslər də yol polisi tərəfindən müəyyən olunub və ümumilikdə 20 sürücü barəsində inzibati protokol tərtib edilib.

Həmçinin oxuyun

“Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm” – VİDEO

Astara rayonu Sım kənd sakini 45 yaşlı Gündüz Fətullayev illərdir ki, işsizdir.O, pandemiyaya qədər günlük …