Şənbə , Yanvar 29 2022
Ana səhifə / Bölgələr / Astarada 22 illik məscid niyə bağlıdır?

Astarada 22 illik məscid niyə bağlıdır?

Astara kənd sakini Qənbərov Müsair Rəşid oğlu Moderator.az-a müraciət edərək Astara rayon Lovayn kənd məscidinin uzun müddətdir bağlı qaldığını və bunun kənd sakinlərinin narazlığına səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, Lovayn kənd məscidi 1999-cu ildən fəaliyyət göstərir: “Məscidi Hacı Balahəsən Mirzəyev Ali oğlu kənd sakinlərinin dəstəyi ilə tikdirmişdir. Məsciddə 400 nəfər eyni vaxtda namaz qıldığı halda  hazırda məscid polis tərəfindən bağlanıb.  Kəndimizdə 1000- ə yaxın əhali yaşayır. 22 ildir ki, fəaliyyət göstərən məscid kəndimizin ibadət ocağıdır. Ancaq indi bu  ocaq bağlıdır.  Məscidin bağlanma səbəbi kimi karantin qaydalarının pozulması göstərilir. Bizə belə bildirilib ki, məsciddə maska və spirt olmadığı üçün məscidin imamını 200 manat cərimə edib, məscidi bağlayıblar. 8 oktyabr 2021- ci ildən məscid bağlanıb. Bildirilib ki, dezinfeksiya olunacaq. Bir dəfə dezinfeksiya olunub. Hətta məscidin həyətindəki darvazasına da qıfıl vurublar. Heç azan da verməyə qoymurlar. Məscidə kəndimizdən əlavə qonşu kəndlərdən də gələnlər olsa da, onun bağlı olduğunu görüb etiraz edirlər. Biz məscidimizin yenidən açılmasını və əvvəlki kimi kənd sakinlərinin ibadət yeri olmasını istəyirik”.

Həmçinin oxuyun

Saxlanılan falçı polisi hədələdi: Məni tutsanız… – VİDEO

Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb. …