Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Bölgələr / Astara arıları Biləsuvarda arıçılıq təsərrüfatına ciddi ziyan vurdu — FOTO

Astara arıları Biləsuvarda arıçılıq təsərrüfatına ciddi ziyan vurdu — FOTO

Astaradan gətirilən arılar Biləsuvarın arıçılq təsərrüfatının yarıdan çoxuna ziyan vurub.

Bunu”Report”un Muğan bürosuna Biləsuvar Fermerlər Şurasının və Arıçıların Rayon Təşkilatının sədri Hacı Gülağa Hüseynov deyib.

Onun sözlərinə görə, bu problem artıq 3-4 ildir ki, yaranıb:

“Hər il Astara arıçıları gizli formada gecə arıları gətirib Biləsuvara yerləşdirirlər. Bu da öz növbəsində rayonun arıçılıq təsərrüfatına ziyan vurur. Bu hal arıçılıq haqqında qanunun bir çox maddələrinin qərarlarını kobud sürətdə pozur. Belə ki, sanitar-baytarlıq haqqında heç bir əsasnaməsi, köçürülmə yerinin qeydiyyatı, yerli icra sturukturlarının heç bir məlumatı olmadan Astaradan hər il külli miqdarda Biləsuvara arı gətirilir. Artıq bu il
Astaradan gətirilən arılar demək olar ki, bizim arıçılq təsərrüfatının yarıdan çoxuna ziyan vurub”.

Qeyd edək ki, Biləsuvarda hal-hazırda 112 arı saxlayan təsərrüfat və onlarında 4165 arı ailəsi var.

Həmçinin oxuyun

İrandakı zəlzələ Naxçıvanda hiss olundu

Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində …