Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Bölgələr / Asip Kaya: “Naxçıvanda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir”

Asip Kaya: “Naxçıvanda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir”

Naxçıvanda II turda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir.

Bu barədə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya jurnalistlərə bildirib.

O, qeyd edib ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib: “Lakin prezident seçkilərində hər hansı namizəd 50 %-dən artıq səs toplaya bilmədiyi üçün ikinci tur keçirilir. Türkiyədə seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Ancaq xaricdə yaşayan türkiyə vətəndaşları üçün fərqli tarixdə keçirilir. Baş Konsulluqda bu gün, sabah və 22-də vətəndaşlarımız saat 8-dən 22-dək bura gələrək səslərini verə bilərlər. Keçən dəfə (birinci tur) 1 033 vətəndaşımız səs verib”.

Qeyd edək ki, xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı səsverməsi başlayıb.//Report

Həmçinin oxuyun

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılır. Bu, Milli Məclisin bu gün keçirilən …