Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Bölgələr / Asif Ağayev də işdən atılır – İDDİA

Asif Ağayev də işdən atılır – İDDİA

Rayon icra başçıları üçün neçə müddətdir çətin sınaq dövrü davam edir. Kimi həbs olunur, kiminə töhmət verilir, kimi də vəzifəsindən çıxarılır. Son olaraq isə Saatlı və Göygöl rayonlarının rəhbərləri işdən atıldı.

Vertikal.Az bildirir ki, burada diqqətçəkən əsas məqam bütün bu proses boyunca “yuxarılar” tərəfindən hədəfə çevrilən başçıların vəzifələrində təzə olub-olmamasının nəzərə alınmamasıdır.

Saytımıza daxil olan xəbərlərdən aydın olur ki, növbəti dəyişiklə bağlı bayramdan dərhal sonra qərar veriləcək. Yəni dəyişikliklər dalğası davam edir.

Vertikal.Az-a verilən xəbərə görə, növbəti hədəf Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevdir.

Xatırladaq ki, Asif Ağayev buna qədər Şamaxıya rəhbərlik edib və adı bir çox qalmaqallarda hallanıb, ittiham hədəfi olub.

Məlumatı verən mənbə Vertikal.Az-a bildirir ki, Asif Ağayev vəzifədə yeni olsa da, Beyləqanda da Şamaxıdakı fəaliyyətini davam etdirməsi, eyni qaydada narazılıqlara səbəb olması artıq “yuxarıların” diqqətini cəlb edib: “Ola bilsin ki, Asif Ağayev barəsində hətta sərt cəza tədbiri də olsun”.

Xatırladaq ki, son olaraq yenidən təyinat alan icra başçılarından biri Ağstafanın keçmiş rəhbəri Nizaməddin Quliyev DTX tərəfindən həbs olundu, Sabirabaddan Saatlıya transfer olunan Nazim İsmayılov isə işindən alındı. Yəni Asif Ağayevin Şamaxıdan sonra Beyləqanda görəvləndirilməsi onun sığortalanması anlamına gəlmir.

Qarşı tərəfin də fikirlərini yaymağa hazırıq.

Həmçinin oxuyun

Bakıdan Naxçıvana yeni avtomobil yolu…

İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb. Bunu …