Cümə , Yanvar 21 2022
Ana səhifə / Bölgələr / Araz və Kür çaylarında balıqlar azalır – VİDEO

Araz və Kür çaylarında balıqlar azalır – VİDEO

Araz çayında son illər balıqların sayı sürətlə azalır. Həvəskar balıqçılıqla məşğul olanlar mövcud vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Onlar çayda balıqların kütləvi şəkildə azaldığını deyirlər. Hətta elə balıq növləri var ki, onlara artıq rast gəlinmir. Bəs Araz çayında balıqların kütləvi azalmasının səbəbi nədir?

Vaqif Şahbazov həvəskar balıqçıdır. Ömrünün 40 ilə yaxın hissəsinin asudə vaxtlarını Araz çayının kənarında balıq tutmaqla keçirib. Deyir ki, son illər çayda balıq xeyli azalıb.

Bunu digər həvəskar balıqçılar da təsdiqləyirlər. Deyirlər ki, əvvəllər daha çox rast gəlinən “sazan” və “kütüm” balıqlarına həsrət qalıblar.

Balıqçılar Araz çayında balıqların azalmasını əsasən qanunsuz balıq ovu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, xüsusilə də sintetik torlar və elektrikli avadanlıqlar balıqların məhvinə səbəb olur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, son illər nəinki Araz çayında, hətta Kürdə də balıqların azalması müşahidə olunur. Çaylarda sululuq səviyyəsinin düşməsi və bir sıra çaylardakı çirklənmələr bunun başlıca səbəblərindəndir.

Həmçinin oxuyun

Naxçıvan DTX-nin rəisi federasiya sədri SEÇİLDİ

Bu gün Naxçıvan Muxtar Respublikası Karate-Do Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. …