Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Bölgələr / Ağsuda DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır (FOTOLAR/VİDEO)

Ağsuda DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır (FOTOLAR/VİDEO)

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. 8:00-da səsvermə prosessi start götürüb. İlk dəqiqələrdən 87 saylı Ağsu- İsmayıllı seçki dairəsində ciddi qanun pozuntuları start götürüb. Ağsu şəhərində işıqlar söndürülüb.

 Qanun pozuntuları ilə bağlı məlumatı təqdim edirik:
08:25
49 saylı Məntəqə – Qəşəd kəndi – Məntəqə sədri Cəlil Abdullayev. Bu məntəqədə bülletenlər topa möhürlənib. Bu qanunların kobud şəkildə pozulmasıdır. Həmçinin bu kəndin icra nümayəndəsi Tahir Beydullayev seçkiyə müdaxilə edir, məntəqədə səsverməyə ciddi problemlər yaradır.
***
Ərəbmehdibəy kəndi – 37 saylı Məntəqə sədri Qurbanov Müseyib İslam – Bu məntəqədə bülletenlər topa ilə kəsilib. Bu qanunların kobud şəkildə pozulmasıdır.
***
Baş verənlərlə bağlı 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin sədri Azad Dursunəliyevlə məlumat verilsə də heç bir ciddi tədbir görmür…
***
Kalva kəndi – 52 saylı Məntəqə bulletenlər topa ilə kəsilir…. Həmçinin bu məntəqədə 15 nəfər səsverməyə gəlsə də artıq qutuda 50-dən artıq bülleten var – Məntəqə sədri – Məmmədov Xəqani Babacan

09:30
Kalva, Ərəbmehdibəy kəndi, Qəşəd kəndlərində seçki saxtalaşdırması yükək peşəkarlıqla davam edir. Kənd icra nümayəndələri normal səsverməyə imkan vermir. Bu saxtalaşdırmanın başında 87 saylı Ağsu- İsmayıllı seçki dairəsinin sədri nəzarət edir. 
09:46
60 saylı məntəqə – Məntəqə sədri – Babayev Asfar Nağı oğlu – Bu məntəqədə də bülletenlər topa ilə kəsilib…

***Gəyli kəndi – 54 saylı – Bülletenlər topnan kəsilib. – Məntəqə sədri – Qənbərov Əmircan Əmiralı oğlu. Bu məntəqədə bülletenlər topa ilə qutuya atılıb….
***
Qubaxəlilli -57 saylı məntəqə – Məntəqə sədri – Mustafayev Ramiz Knyaz oğlu. Bu məntəqədə bələdiyyə işçisi Mirzəxanov Mirzaga və icra nümayəndəki Cəlalov Yaşar səsverməyə ciddi problemlər yaradır. Bu şəxslər  müşahidəçilərə ciddi problemlər yaradırlar. 
***
4 saylı Məntəqədə Ağsu Su İdarəsinin Səfər adlı müdiri məntəqədə dayanıb işçilərinə hədə-qorxu gəlib Tahir Kərimliyə səs vermələrini tələb edir.  *Qeyd edək ki, gün ərzində yenilənən məlumatlarla BURADAN tanış ola bilərsiz.

Həmçinin oxuyun

Beyləqanda bələdiyyə sədri səfərbərlikdən necə yayınıb?

Vətən torpağını qoruya bilməyən Tehran Sadıqov Bələdiyyə torpaqlarını necə qoruyacaq? Bu gün Azərbaycanda Böyük Vətən …