Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Bölgələr / Ağsu dolaylarına alternativ asma körpü və tünel inşa edilir (VİDEO)

Ağsu dolaylarına alternativ asma körpü və tünel inşa edilir (VİDEO)

Ağsu çayı üzərində 1 135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpünün inşası planlaşdırılıb.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna layihə rəhbəri Zahir Həsənov məlumat verib.
O bildirib ki, ölkə üzrə ən uzun asma körpünün inşasına başlanması artıq Ağsu dolaylarında sürücülərin yaşadığı çətinlikləri geridə qoyacaq: “Sözügedən avtomobil yolu Bakı ilə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yol olacaq. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud ikizolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Tikinti sahəsi üzrə 1 tunel, 1 asma körpü olmaqla, 8 böyük və 5 kiçik körpü də layihələndirilib”.
Layihə rəhbəri deyib ki, yolun 4,5-ci kilometrliyində, Ağsu çayı üzərində 1 135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpünün inşası da planlaşdırılıb: “Yol Ağsu çayı üzərindəki körpüdən sonra uzunluğu 865 metr olan yeraltı tuneldən keçəcək. İsmayıllının Basqal kəndi yaxınlığında magistralı düzləndirmək hesabına bu yol 2,2 kilometr qısalır. Qeyd edək ki, tikinti işlərinə ötən ilin sonlarından başlanılıb. Hazırda layihənin bir çox seqmentləri üzrə quraşdırma işləri davam edir”.
Qeyd edək ki, körpünün bu parametrlərdə layihəndirilməsinin əsas məqsədi mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolayların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını mümkün qədər azaltmaqdır.

Həmçinin oxuyun

Goranboyda şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub

Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin …