Cümə , Oktyabr 30 2020
Ana səhifə / Bölgələr / Ağstafada nə baş verir? – ŞİKAYƏT

Ağstafada nə baş verir? – ŞİKAYƏT

Jurnalist Əvəz Zeynallı Ağstafa rayonundan daxil olan şikayəti ictimailəşdirib.

Şikayətdə qeyd olunub:

“Ağstafa rayonu 2 xanıma qalıb – vur çatlasın, çal oynasın. Bir neçə gün əvvəl sizə yazmişdım, amma bu xanımlar heç nəyi vecinə almırlar. Bunlar “qara maska”lılardan da qorxmadılar. Cindirlər-şeytandırlar, bilmirəm. Söhbət gedir İcra Hakimiyyətinin müavini Lalə Eyyubova və Səhiyyə şöbəsinin müdiri Fatma Vəliyevadan. 2 şərik – koronavirusdan varlanan 2 qadın. Ağstafa rayon səhiyyəsinin rəhbəri Fatma xanim Prezidentin dediklərinə zidd çıxaraq virusla bağlı işçilərə ayrılmış maaşların 3 misli olan pulu vermir. Bu pulu rayon mərkəzindən 50-60, bəlkə də 70-80 km uzaqlıqda olan kənd məntəqə həkimlərinin adlarına yazıb – Böyük Kəsik kənd məntəqəsinin müdiri – İmanova İradə (deputat Məlahət İbrahimqızının baldızı), Sadıxlı kənd məntəqəsinin müdiri İlham həkim, Muğanlı kənd məntəqəsinin həkimi Şeyx həkim (adı Şeyxdir). Bu həkimlər Fatma Vəliyevanın adamlarıdır. Koronavirusdan xəstələnən xəstələrdən xəstəxananın dörd bir yanı açıq olan koridorda yaxma götürülür, hətta koronavirus olan ailəni guya karantinə alıblar – evdən çıxır, hamısı ortalıqda gəzir, cəmiyyət içinə çıxırlar. Heç bir nəzarət yoxdur.

Tovuz və Qazax rayonları həkimlərin bayram və bazar günləri işlədikləri pulu maaşın üstünə vurub veriblər. Amma Ağstafa bu pulu vermir. Ezamiyyətə gedib-gələn həkim və tibb bacılarının ezamiyyət pulları verilmir. Soruşanda deyir ki, ele bil mənə bağışlamısız, sizin yanınızda mənim heç hörmətim yoxdurmu? Həkimlərə deyir ki, xəstəni çox yazın, qoy bizə çox yardım göndərsinlər. Ağstafada çox savadlı cərrahlar var, Tibb Universitetini qırmızı diplomla bitiriblər. Hər bir xəstəliyin öhdəsindən bacarıqla gəlirlər. Bu, Fatma xanımı qane etmir, niyə siz mənə hesab verməlisiniz, amma vermirsiniz, mən də xəstələri başqa rayona göndərirəm və hesabımı alıram.” Pravda.az

Həmçinin oxuyun

Qarabağ müharibəsi iştirakçısı Bərdə terrorunun qurbanlarındandır – VİDEO

Oktyabrın 28-də erməni terroru nəticəsində həyatını itirənlərdən biri də, Bərdə rayon Nifçi kənd sakini Fazil …