Şənbə , Yanvar 23 2021
Ana səhifə / Bölgələr / Ağdamdan məcburi köçkün düşənlərin say tərkibi dəqiqləşdirilir

Ağdamdan məcburi köçkün düşənlərin say tərkibi dəqiqləşdirilir

Ağdam Rayon İcra Hakimiyyəti işğaldan azad olunan ərazilərdən məcburi köçkün düşmüş ailələrin say tərkibini müəyyənləşdirməyə başlayıb.

Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda həmin məcburi köçkün ailələrinin hansı ərazilərdə məskunlaşdırılması barədə məlumatlar toplanır: “Həmin ailələlərin evlə təmin olunması, mənzillə təmin olunmayan şəxslərin hansı ərazilərdə yerləşdirildiyi barədə dəqiqləşdirilmələr aparılır. Bununla yanaşı, həmçinin sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində dağılan və zərər çəkən evlər və digər obyektlərin siyahısı, hadisə nəticəsində rayona dəymiş ziyan müəyyən edilir”.

İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlərə gəlincə isə qurumdan bildiriblər ki, hazırda həmin ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında minalardan təmizlənir. Əməliyyatlar tam başa çatandan sonra həmin ərazilərdə quruculuq işləri başlana bilər. (Trend)

Həmçinin oxuyun

Şuşaya yuxu kimi səfər – FOTOLAR

30 il həsrətini çəkdiyimiz işğal altındakı torpaqlara qayıdırıq. 44 günlük Vətən Müharibəsinin davam etdiyi günlərdə, …