Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Bölgələr / Ağdama yeni yol çəkilir, şəhər yenidən dirçəlir- FOTOLAR

Ağdama yeni yol çəkilir, şəhər yenidən dirçəlir- FOTOLAR

İşğaldan azad edilən Ağdam şəhərinə yeni yol çəkilir.

“Yeni Müsavat” qəzetinin Ağdama ezam olunmuş əməkdaşları xəbər verir ki, hazırda yeni asfalt yolun tam bərpa olunması istiqamətində işlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları ərazidədir.

Ağdam şəhərinin mərkəzinə aparan yollardan biri Əfətli kəndindən keçir. Əfətli kəndinin çıxışında- Ağdam şəhərinə gedən yolda polis əməkdaşları post qurub. Onlar kənar şəxsləri Ağdam şəhərinə buraxmırlar. Yalnız xüsusi icazəsi olan şəxslər əraziyə daxil ola bilir.

Gün ərzində əməkdaşlarımızın da iştirakı ilə Ağdama mediatur təşkil ediləcək.

Həmçinin oxuyun

Goranboyda güclü yanğın: Ölən və yaralanan var

Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi …