Bazar , Noyabr 29 2020
Ana səhifə / Bölgələr / Ağdam Azərbaycan SQ-nin nəzarəti altına keçib – VİDEO

Ağdam Azərbaycan SQ-nin nəzarəti altına keçib – VİDEO

Aran Qarabağın vaxtilə ən böyük şəhəri olan Ağdam noyabrın 19-da Azərbaycan SQ-nin nəzarəti altına keçib. Bu barədə sosial şəbəkələrdəki məlumatlardan və hərbi qulluqçuların çəkdikləri videolardan məlum olub. Videogörüntülərdə zirehli avtomobillər qafiləsinin Ağdam istiqamətində hərəkət etdiyi görünür.

Daha sonra hərbi qulluqçular şəhər viranələrini və şəhərin yarıdağılmış vəziyyətdə olan mərkəzi məscidini çəkiblər. Ermənilər bu məsciddən donuz damı kimi istifadə edirdilər.

Xatırladaq ki, 9 noyabr tarixli sazişə əsasən, Ermənistan qoşunları Ağdam rayonunu noyabrın 20-nə qədər boşaltmalıdırlar.

Ağdam 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal edilib və işğal edilmiş ərazilərdə bütün digər yaşayış məntəqələri kimi, tamamilə məhv edilib.

150 min əhalisi olan bu şəhər həmişə Azərbaycanın ən zəngin və firəvan şəhərlərindən biri olub. Şəhər regionda strateji mövqeyə sahibdir və Dağlıq Qarabağın üç rayonuna – Xocavənd (Martuni), Əsgəran və Ağdərə (Mardakert) rayonlarına çıxışı var. Ağdam Dağlıq Qarabağın inzibati mərkəzindən – Xankəndindən (Stepanakert) cəmi 25 km məsafədə yerləşir.

Bu gün Azərbaycanlılar 27 illik işğaldan sonra bu rayona qayıdıblar. Amma son 5 gün ərzində ermənilər bu rayonda, ilk növbədə ermənilərin işğaldan sonra məskunlaşdıqları kəndlərdə olan bir çox obyekti yandırıblar. Turan

Həmçinin oxuyun

Biləsuvarda şəhid gizir dəfn edilib – FOTOLAR

Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd …