Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Bölgələr / Ağalıda işləmək üçün 800 müəllim müraciət edib – NAZİR

Ağalıda işləmək üçün 800 müəllim müraciət edib – NAZİR

“Uzun müddətdən sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki tam orta məktəbdə zəng çalınıb. Bu gün həqiqətən də fərqli Bilik günüdür. Hesab edirəm ki, bu, böyük prosesin başlanğıcıdır. Bu gün həm qürurverici, həm də ümidvericidir”.

Bunu yeni tədris ilinin başlanması ilə bağlı çıxışında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb:

“Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub. Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də, Ağalı sakini olan 14 müəllim dərs deyəcək. Sevindirici hal idi ki, burada işləmək üçün təxminən 800-ə yaxın müəllim müraicət etmişdi. Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. Kompleksdə həmçinin məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərəcək. Əminəm ki, Ağalı kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri olacaq”. 

Həmçinin oxuyun

Hacıqabulda rəzalət- Muğan qəsəbəsinin məktəbi orta əsrləri xatırladır + VİDEO

Hacıqabul rayonu Muğan qəsəbəsinin bir qrup sakini Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların qəsəbəsində olan …