Bazar , Oktyabr 2 2022
Ana səhifə / Bölgələr / Ağalı kəndinə daha 25 ailə köçürüləcək

Ağalı kəndinə daha 25 ailə köçürüləcək

“Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Real tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb: “41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni “Ağıllı kənd”ə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik”.

Həmçinin oxuyun

Gədəbəydə icra başçısı məktəbə gəldi, direktor və müəllimlər yerində tapılmadı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin …