Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Bölgələr / Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

Bu gün Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb.

Daha 10 ailə – 58 nəfər Ağalıda daimi məskunlaşacaqlar.

Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb.

Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.

Həmçinin oxuyun

Vətən müharibəsi bu kənddən başlamışdı… – VİDEO

Bu günlərdə cəbhə xəttində işğalçı erməni silahlı dəstələrinin yaratdığı təxribat düşmənlə üz-üzə dayanan kəndlərimizdə son …