Ana səhifə / Bölgələr / Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərildi

Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərildi

Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 

Bunu “Yeni Sabah”a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların kəsildiyi ərazinin vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Həmçinin oxuyun

İmişlinin icra başçısı 300 minə zibillik yaradıb-Foto

Əslən İmişli rayonundan olan sosial şəbəkə fəalı Saleh Qafarlı öz hesabında rayondakı acınacaqlı sanitar vəziyyəti …