Ana səhifə / Bölgələr / Ağacları kəsən şirkətin əməkdaşı çəkiliş aparan jurnalistə təzyiq göstərdi – VİDEO

Ağacları kəsən şirkətin əməkdaşı çəkiliş aparan jurnalistə təzyiq göstərdi – VİDEO

Ağacları məhv edib, yerində çoxmərtəbəli bina tikirlər. Hələ sakinlərin gediş-gəliş yolu da yararsız hala salınıb. Əməkdaşlarımız Xırdalan şəhərində yerləşən sözügedən ünvana yollanıblar. Bu dəfə də onlar tikinti şirkətinin əməkdaşlarının təzyiqinə məruz qalıblar.

Çoxmərtəbəli binanın tikintisi zamanı yaşıllıqlar məhv edilib. Sakinlərin gediş-gəliş yolu yararsız hala salınıb. Görüntülər Abşeron rayonun Xırdalan şəhərində çəkilib.

Çoxillik ağacların tikinti işlərini aparan şirkət tərəfindən kəsildiyi iddia olunur. Əməkdaşlarımız həmin ünvanda çəkiliş apararkən özünü həmin şirkətin mühafizəçisi kimi təqdim edən şəxsin təzyiqi ilə üzləşiblər. Həmin şəxs “Xəzər Xəbər”in kamerasına əl ataraq çəkilişi dayandırmağımızı istəyib…

Məsələ ilə bağlı tikinti şirkətindən mövqe öyrənməyə cəhd etsək də, şirkət açıqlama verməkdən boyun qaçırıb.

Baş verənlərlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov bildirdi ki, qanunvericiliyə uyğun olaraq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Onu da öyrəndik ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsinə fakt ilə bağlı şikayət daxil olub və həmin şikayət araşdırılıb…

Xatırladaq ki, sözügedən şirkət binanı tikən zaman yeni təmirdən çıxmış Mehdi Hüseynzadə küçəsinin asfalt örtüyünü də qazaraq su və kanalizasiya xətləri çəkib, lakin sonradan yolu normal şəkildə bərpa etməyib.

Həmçinin oxuyun

Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”. Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında …