Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Bölgələr / ADPU professorunun həlləm-qəlləm İŞLƏRİ… – Şuşadan da ev almaq istəyir…

ADPU professorunun həlləm-qəlləm İŞLƏRİ… – Şuşadan da ev almaq istəyir…

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialının direktor müavini, professor Seymur Süleymanov uzun illərdir ki, dövləti aldadaraq qaçqınlar üçün ayrılan müavinətlərdən istifadə edir.
Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Seymur Süleymanov Ağdam rayonun işğal altında olmayan Eyvazlı kəndinin sakini olduğu halda saxta yollarla Şuşa şəhərinə qeydiyyata düşüb. Məlumatda qeyd edilir ki, professor Süleymanova saxta qeydiyyata düşmək üçün Şuşa şəhər İcra Hakimiyyətində çalışan vəzifəli dostu yardım edib. Beləliklə Seymur Süleymanov uzun illərdir ki, saxta sənədlər əsasında dövlətin qaçqınlar üçün ayırdığı müavinət və yardımlardan yararlanıb.

Maraqlıdır ki, “qaçqın statusu” daşıyan professor Ağcabədidə yataqxanada bir otaq zəbt edib. Lakin onun Ağdamın Eyvazlı kəndində yaşadığını da hər kəs bilir. Deyilənə Seymur Süleymanov işğaldan azad olunan Şuşa şəhərində də dövlətdən ev almaq arzusundadır. Qeyd edək ki, Seymur Süleymanov hazırda hər bir ailə üzvünə görə dövlətdən müavinat alır.

Həmçinin oxuyun

“Abadlaşan” Beyləqandan REPORTAJ: Hər yeri xarabalığı xatırladır…

Baxımsız bir rayon gec-tez xarabalığa çeviriləcək. Necə ki, Beyləqan rayonu baxımsız, ən əsasıda sahibsiz bir …